Adobe Photoshop / Mood-larının fərqləri nədir?

Dissolve

Ən az istifadə olunan moodlardan biridir. Amma bəzən işə yarayır. Üst və alt pixelləri qarışdıraraq bəzi pixelleri şəffaf hala gətirir. Xüsusi hallarda işinizə yarıya bilər.

Darkses

Üst şəkildəki pixellərin rəng dəyərləri ilə alt şəkildəki pixellər rəng dəyərləri qarşılaşdırılır və hər pixel üçün daha qaranlıq olan pixel dəyəri qalır digəri isə sönür. Bu mood daha çox şəkili qaranlıqlaşdırmaq üçün istifadə olunur.

Multiply

Üst rəngin dəyərləri ilə alt rəngin dəyərləri bölünər və yeni bir rəng effecti yaradar şəkillərdə.

Lighten

Üst şəkildəki pixellərin rəng dəyərləri ilə alt şəkildəki pixellər rəng dəyərləri qarşılaşdırılır və hər pixel üçün daha parlaq olan pixellər qalır digəri isə sönür. Görüntünü canlandırmaq və ya işıq evvektləri əlavə etdiyiniz zaman əlavə edə bilərsiniz.

Color Burn

Üst şəkildəki pixellərin rəng dəyərləri ilə alt şəkildəki pixellər rəng dəyərlərinin kontrastını artırır. Bu effectdən daha cox Dramatik, dərinlik bildirmək istədiyimiz zaman istifadə olunur.

Linear Burn

Color burn-lə eyni işi yerinə yetirir ancaq bir fərqi vardırkı rənglərə yandırma effecti verir.

Color Burn və Linear Burn Şəkillərə dram və qaranlıqlaşdırmaq üçün ən ideal effectdir amma 2-si arasındakı fərq: Liner Burn şəkilləri tam olaraq qaranlıqlaşdırır. Color burn isə şəkilləri 2 şəkil arasındakı rəngin kontrastını artırmaqla effect yaradır.

Hard Light

Üstdəki şəkilin tünd rənglərini alt şəkilin rənglərinə vuraraq və üst şəkilin açıq rənglərini alt şəkilin rəngləri ilə ekranlaşdırır. Beləliklə, daha çox kontrastlı bir şəkil yaranır. Bu effekt təsvirə daha çox kontrast və dramatiklik əlavə etmək üçün istifadə edilə bilər.

Vivid Light

Üst şəkildəki rəngin doyğunluğunu və kontrastlarını artıraraq daha canlı rənglər əmələ gətirir.

Linear Light

Şəkildəki parlaqlığı artırır və üstdə olan şəkilin rənglərinin kontrastını artırır.

Posted in Design, Graphic Design