Adjustment fərqləri nələrdir?

Adobe Photoshop


Brightness/Contrast

Görüntünün parlaqlığını və Kontrastını dəyişdirilməsi üçündür.

Brighness – Görüntünü aydınlatmaq üçün dəyərlərin artırılması lazımdır. (və ya azaldılaraq dahada qaralması üçün)

Contrast – Görüntüdəki ağ və qara tonlar arasındakı fərqin düzəldilməsi üçün istifadə edilir.


Levels

Görüntünün tonlarının düzəldilməsi üçündür.

Açılan pəncərədə Histogram üzərindən qara, boz və ağ tonlarlada düzəltmək mümkündür.


Curves

Görüntünün xüsusi işıqlandırılması üçündür.

Açılan pəncərədə Histogram üzərindən qara, boz və ağ tonlarlada düzəltmək mümkündür.

“Əl işarəsi” ilə şəkilin tünt və ya işıqlı tonlarınıda mausla clickini basılı tutaraq aşağı və ya yuxarı çəkməklə “auto” olaraq işıq və ya kölgə miqdarınıda təyin etmək mümkündür.


Expose

Görüntünün ümumi parlaqlığını və kontrastını düzəltməklə, görüntünü aydınlatmaq və ya qaraltmaq üçün istifadə edilir. Alt və ya üst görüntüləri düzəltmək üçün istifadə edilə bilər və həmçinin görüntüdə ambians yaratmaq üçün də istifadə edilə bilər. Düzəlişlər, ümumi olaraq bütün görüntüyə tətbiq edilə bilər və ya Mask-lar vasitəsi ilə istənilən bölgələrə tətbiq edilə bilər.


Vibrance & Saturation

Vibrance və Saturation görüntüdeki rənglərin gücünü düzəltmək üçün istifadə edilir, ancaq biraz fərqli şəkildə işləyirlər.

Saturation – görüntüdəki bütün rənglərin ümumi gücünü düzəldir. Doyumluluğunu artıraraq rəngləri daha canlı edir və ya doyumluluğu azaldaraq rəngləri daha mat edir. Doyumluluğu maksimuma çatdırıldığında, rənglər aşırı çoxalacaqdır və canlı görüntüdən çıxacaqdır.

Vibrance isə, ac qalmış rəng tonlarının maximum doyumluluğunu artırır və ya azaldır. Vibrance həmçinin cild (dəri) tonlarını qoruyur, bu da portret fotografiyasında daha çox istifadə edilir.

Qısaca, Saturation bütün rəngləri daha güclü edirken Vibrance az doygun rəngləri daha güclü edir.


Hue/Saturation

Hue – Görüntüdəki Rəng tonlarının başqa bir rəng tonu ilə dəyişdirilməsi üçün istifadə edilir.

“Əl işarəsi” ilə şəkilin istənilən rəng tonuna mausun clickini basılı tutaraq aşağı və ya yuxarı çəkməklə rəng tonlarını dəyişmək mümkündür.

Saturation – Rənglərin doyumluluğunu artırıb azaltmaq üçündə istifadə edilə bilər. və ya seçilmiş ərazidəki rəng tonununda doyumluğunu dəyişmək üçün.


Black & White

Görüntünü Qara və Ağ tonlara dəyişmək üçün istifadə edilir.

Görüntüdəki rəng tonlarını istədiyimiz kimi qaraldıb və ya ağarda bilərikki buda daha düzgün Black & White ton əldə ediləcəkdir. Misal görüntüdə ağaclar qara qala bilərki yaşıl tonlara düzgün dəyərlər verilərək ağartmaq mümkün olacaqdır.


Color Balance

Görüntünün rənglərinin düzəldilməsi üçündür.

3 əsas rəng kanalı vasitəsi ilə yəni Qırmızı, Yaşıl, Mavi tonlardan istifadə edərək rəngləri düzəltmək üçündür.


Channel Mixer

Channel Mixer, görüntünün rəng kanallarını qarışdırmaq üçün istifadə edilir.

Bu alət, RGB rəng modelində çalışan görüntülərdə istifadə edilir və istifadəçiyə, qırmızı, yaşıl və mavi kanalların hər hansı bir kombinasiyasını yaratma və ya düzəltmə imkanı verir. Misal görüntüdəki mavi tonların azaldılması və ya görüntüdəki qırmızı tonların artırılması üçün istifadə edilə bilər. Ayrıca, bu aləti istifadə edərək görüntüdəki rəngləri balansda saxlamaq mümkündür.

Posted in Adobe Photoshop, Design